• Bakı
    4.12 m/s
  • 1.7000
  • 1.8352
  • 0.0236
  • 0.0903
  • 2.0504

"Nar" "Xaliq Faiqoğlu"nu məhkəməyə verdi

Məhkəmə 01 aprel 2022
0
Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC ("Nar mobile")  paytaxt Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
"NewsCafe" xəbər verir ki, “Azerfon” MMC –nin  “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası bu gün - 01.04.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçiriləcək.
Onu da bildirək ki, 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin hazırda dövlət büdcəsinə 75 min 871 manat 35 qəpik vergi borcu da var.
@Yeniavaz.com
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930