• Bakı
    5.14 m/s
  • 1.7000
  • 1.8517
  • 0.0242
  • 0.0903
  • 2.0755

Həbsxanada Vüqar Səfərlinin vəziyyəti ağırlaşıb

Məhkəmə 31 mart 2022
0
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin səhhətində problemlər yaranıb.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"a onun vəkili Hikmət Əliyev deyib.
O bildirib ki, müvəkkili Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssəsinə köçürülüb.
V.Səfərlinin səhhətində konkret hansı problemin olduğu açıqlanmayıb.
"Müdafiə etdiyim şəxs bir neçə gün əvvəl müalicə müəssəsinə yerləşdirilib. Vüqar Səfərli hazırda müalicəsini orada davam etdirir", - vurğulayıb.
Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031