Həbsdə olan sabiq icra başçısıdan xəbər var

Tural İbadlı Məhkəmə 30 mart 2022
0
Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov kassasiya şikayəti icraata götürülüb.
Bu barədə "NewsCafe"yə onun vəkili Elnur Vəliyev bildirib.
O deyib ki, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031