Astarada toyda dava düşüb, xəsarət alan var

Tural İbadlı Əməliyyat-axtarış 27 mart 2022
0
Astarada toyda dava düşüb, xəsarət alan var.
“NeüsCafe”nin "Report"a istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə Astara şəhərindəki şadlıq evlərindən birində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Nəhmətulla Natiq oğlu Səfərli baş nahiyəsindən küt alətlə xəsarət alıb. Məlum olub ki, N.Səfərliyə xəsarət yetirən şəxs bibisi oğludur.
Onların hər ikisinin Lənkəran rayonu, Şıxəkəran kənd sakinləri olduğu və aralarındakı münaqişənin iştirak etdikləri qohum toyunda yenidən qızışdığı bildirilir.
N.Səfərli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031