
Hazırda "Bakcell" şəbəkəsi Şuşada və Cıdır düzündə, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Tərtər və Xocavənd rayonlarının müxtəlif yerlərində, Zəngilan Beynəlxalq Hava Limanının tikildiyi ərazidə, Füzuli Beynəlxalq Hava Limanında mövcuddur.
"Bakcell" Azərbaycanın ən sürətli mobil operatoru standartını Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell" şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.