
"NewsCafe" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, işə baxılması zamanı şirkətin telekommunikasiya fəaliyyətinin rəqəmsal transformasiya siyasətinə uyğun təşkil edəcəyini, həmçinin dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bu sahədə narazılıqları aradan qaldıracağını bildirib, xidmətlərin istehlakçılara çatdırılması prosesində özəl provayderlərin daha geniş iştirakına şərait yaradılacağına, onların telekommunikasiya şəbəkəsində iştirakı barədə müraciətlərinə ayrı-seçkilik qoyulmadan qanunvericiliyin tələbləri çərçivəsində baxılacağına zəmanət verib.
Bununla yanaşı, Dövlət Xidmətinin qərarında şirkətin telefon kommunikasiya xidmətlərinin göstərilməsi sahəsində rəqabət mühitinin yaradılması üçün bazar iştirakçılarının müraciətlərinə baxmasının, habelə şəbəkəyə giriş, icarə üzrə aydın və bərabər şərtləri nəzərdə tutan ümumi qaydaları qəbul etməsinin, icarə tarifləri müəyyənləşdirməsinin, sənədlərin rəsmi internet portalında yerləşdirilməsinin 30 aprel 2022-ci il tarixinə qədər təmin etməsinin zəruriliyi qeyd olunub.
Dövlət Xidmətində işə baxılma zamanı “Aztelekom”un üzərinə götürdüyü öhdəliklər, o cümlədən qeyd edilən hallar və verdiyi zəmanət nəzərə alınaraq qaldırılmış iş üzrə icraata xitam verilib.
Qərarda həmçinin, telefon kommunikasiya xidmətlərinin göstərilməsi sahəsində bazar iştirakçılarının fəaliyyətinə gələcəkdə maneələrin yaradılacağı və “Aztelekom” yuxarıda göstərilən öhdəlikləri yerinə yetirilmədiyi halda Dövlət Xidmətinin təbii inhisarlar haqqında qanunvericilikdə nəzərdə tutulan tədbirlər görəcəyi əks olunub.