AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub. "NewsCafe" xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında qərar qəbul edilib. Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verib.