• Bakı
    22°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

AQTA deputat Tahir Kərimliyə cavab verdi

Daxili xəbərlər 16 fevral 2022
0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Milli Məclisin deputatı Tahir Kərimliyə cavab verib.
AQTA-dan "NewsCafe"yə bildirilib ki, Milli Məclisin ötən gün keçirilən iclasında deputatın qurumun fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər araşdırılıb.
Məlumatda bildirilib ki, qanunsuz küçə ticarətinə nəzarət AQTA-nın fəaliyyət sahəsinə daxil deyil: "Eyni zamanda İnzibati Xətalar Məcəlləsində qida təhlükəsizliyi ilə bağlı pozuntulara görə, ümumiyyətlə, 1400 manat məbləğində cərimə tətbiqi anlayışı yoxdur. Bu günədək Agentliyin yoxlama-nəzarət tədbirləri çərçivəsində heç bir tərəvəz məhsullarının satışı ilə məşğul olan şəxsə 1400 manat məbləğində cərimə tətbiq olunmayıb. Bununla bağlı əlavə sorğulara cavab verməyə hazırıq. AQTA səlahiyyətlərinə uyğun olaraq, qida təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilik çərçivəsində nəzarət və tənzimləmə fəaliyyətini həyata keçirir".
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28