. Azərbaycanın İKT sektoru 2023-cü ildə - İCMAL . . . Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb . Azərbaycanlı alim Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib . Zəfər seçkisi . . Şahin Bağırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . .

Bakı metrosunda sərnişin qatar yoluna düşüb

Tural İbadlı Qətl 08 fevral 2022
0
Metronun "Azadlıq Prospekti" stansiyasında orta yaşlı sərnişin (qadın) qatar yoluna düşüb.
Bu barədə "NewsCafe"yə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, hadisə bu gün saat 21:54-də "Həzi Aslanov-Dərnəgül" reysi ilə hərəkət edən qatarın hərəkəti zamanı qeydə alınıb.
Qatar stansiyaya daxil olanda, qadın stansiya yoluna düşüb.
Təlimata uyğun olaraq, dərhal gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb. Qadın stansiya yolundan çıxarılıb. On dəqiqə sonra gərginlik verilib, qatar yola salınıb.
O, qeyd edib ki, qadın sağdır, hadisənin intihar yaxud ehtiyatsızlıqdan baş verdiyi araşdırılır.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28