• Bakı
    23°
    1.03 m/s
  • 0
  • 0
  • 0
  • 0

Vilayət Eyvazov təqaüdə göndərdiyi generallarla görüşüb

Daxili xəbərlər | Siyasət 27 yanvar 2022
0
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov xidmətdə olmalarının son yaş həddi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyevi və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində cinayətkarlıq və digər təhlükəli cinayət növləri il mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini polis general-mayoru Əkbər Yusifovla görüşüb.
NewsCafe”nin xəbərinə görə, yolasalma mərasimində nazir uzun illər daxili işlər orqanlarında çalışmış generallara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
V.Eyvazov görüşdə hər iki şəxsə zəngin təcrübələrini gənclərlə bölüşəcəklərinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmalarına, cəmiyyətdə polisin işgüzar nüfuzunun qorunub saxlanılmasına yaxından kömək edəcəklərinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31