
Bu barədə "NewsCafe"yə qurumdan bildirilib.
Məlumata görə, bunlar Şəki rayonunun Baş Zəyzid, Şirinbulaq, Aşağı Göynük, Aşağı Daşağıl, Neftçala rayonunun Şorkənd, Bala Surra, Qədimkənd və Yeniqışlaq kəndləridir.
Belə ki, Şəkidə 1 826 abunəçinin yaşadığı kəndlərdə 41 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq, 95 km-a yaxın 10 kV-luq, 103 km-a yaxın 0,4 kV-luq elektrik xətləri və abunəçilərin sayğacları yenilənəcək.
Neftçalada isə 714 abunəçinin yaşadığı kəndlərdə 15 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq, 28 km-dan çox 10 kV-luq xətt, 46 km-dan çox 0,4 kV-luq elektrik xətləri və abunəçilərin sayğacları yenilənəcək.