. Azərbaycanın İKT sektoru 2023-cü ildə - İCMAL . . . Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb . Azərbaycanlı alim Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib . Zəfər seçkisi . . Şahin Bağırov Səfər Mehdiyevin qohumunu işdən çıxartdı . .

Sezen Aksudan Ərdoğana cavab: "Dilimi əzə bilməzsən..."

Tural İbadlı Maraqlı 23 yanvar 2022
0

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni, şair və bəstəkar Sezen Aksunun özünün yazdığı və 9 iyun 2017-ci ildə “Youtube”da yayımlanan “Şahanə bir şey yaşamaq” adlı mahnı son bir həftə ərzində Türkiyədə qalmaqala səbəb olub. Belə ki, onun mahnıda islam peyğəmbəri Adəm və həyat yoldaşı Həvvanı “cahil” adlandırması bəzi vətəndaşlar və ictimai-siyasi xadimlər tərəfindən sərt tənqid olunub. Sonuncu dəfə isə ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan məsləyə reaksiya verib və dini dəyərlərə dil uzadanları “dillərini qoparmaqla” hədələyib.
"NewsCafe" xəbər verir ki, bu günə kimi məsələ ilə bağlı heç bir açıqlama verməyən Sezen Aksu ötən gün sosial şəbəkələrdəki hesablarında yeni – 21 yanvarda yazdığı mahnı sözlərini paylaşıb və ona dəstək olanlara minnətdarlığını bildirib. Mahnı sözlərindəki “dilimi əzə bilməzsən” ifadələri isə diqqətdən yayınmayıb.

S. Aksu sonda 47 ildir yaradıcılıqla məşğul olduğunu və bundan sonra da yazmağa davam edəcəyini bildirib.
@Yeniavaz.com
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31