Yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir. "NewsCafe" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı tibbi-meteoroloji xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, belə hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.