• Bakı
    23°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

Dövlət Dəniz və Liman Agentliyinə yeni təyinat olub

Daxili xəbərlər / Siyasət 15 yanvar 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinə yeni sədr müavini təyin olunub.
NewsCafe” "Report"a istinadən xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq əmri ilə bu vəzifəyə Etibar Bağırov təyin edilib.
Məlumatı Dövlət Dəniz və Liman Agentliyi təsdiqləyib.
Qeyd edək ki, Etibar Bağırov bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyində maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, bununla da Dövlət Dəniz və Liman Agentliyində sədr müavinlərının sayı ikiyə çatıb, onlardan digəri Renat Rzayevdir.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31