• Bakı
    22°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

Deputatdan gözəllik salonuna getməsi ilə bağlı iddialara sərt reaksiya

Maraqlı 15 yanvar 2022
Bir neçə müddətdir ki, sosial şəbəkələrdə Milli Məclisin deputatı Tahir Kərimlinin gözəllik salonlarının olduğunu və hətta, onun özünün şəxsən həmin salonlardan istifadə etməsi ilə bağlı fikirlər səsləndirilir. Bu gün isə Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün feysbuk səhifəsində bununla bağlı status paylaşıb.
"NewsCafe" xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az deputat Tahir Kərimli ilə əlaqə saxlayaraq, onun fikirlərini öyrənib. Millət vəkili saytımıza açıqlamasında səsləndirilən iddiaların doğru olmadığını bildirib.
T.Kərimli qeyd edib ki, yalnız bugünədək təəssüfləndiyi məqam öz rayonunda indiyədək balaca bir daxma düzəldib yaşamağa imkan edə bilməməsidir:
“Haqqımda səsləndirilən bu cür murdar fikirlərə cavab vermək belə istəmirəm. Bircə onu deyə bilərəm ki, atası ilə həmin şəxslər yəqin məni səhv salıblar.
O adam kimdisə, atasının adını mənə qoyur. Bəzən düşünürəm ki, mən 7 ildir deputatam, niyə öz rayonumda balaca bir daxma düzəldib, yaşamaq imkanı eləyə bilmədim? Belə şeylər çoxdur, bu cür murdar insanlara nə deyim mən?
Ümumiyyətlə, bəzən “Meydan TV”-yə baxıram. Bilmirsən nəyi söyürlər? Mən Milli Məclisin siravi ehtiyacı olan insanları üçün mənzil tələb edirəm, yazırlar alçaqcasına ki, deputatlar özləri üçün ev istəyir. Milli Məclisin xarici qonaqlar üçün maşın istəyirəm, deyirlər ki, özləri üçün xarici maşın istəyirlər. Mən deyirəm ki, himnin qəmli notlarını götürək, bunu dəyişək, deyirlər Tahir himni dəyişir.
İndiki zamanlarda övladlarımıza milli adlar qoyaq, paralel ay adları qoyaq, dədə-babadan var bunlar. Onları işlədək, milliyə qayıdaq bunlar deyir ki, Tahir təqvimi dəyişir. Yəni, bu insanlarla bacarmaq mümkün deyil, bunlar o qədər murdardı ki, ataları ilə məni səhv salıblar. Ona görə də, mən də uzun müddətdir ki, qaçıram mediadan. Məndən çoxları inciyir.
Əvəz Zeynallı dəvət edir və deyir ki, gəlmirəm televizora. Çünki dediyim sözün bir qismini çıxardırlar, sözümü dəyişirlər və bir hissəni qoyurlar. Bəzi yaramazlar, alçaqlar başlayır söyməyə. Həqiqətən də, bu cür insanlara məəttələm. Başa düşürəm, bu murdar insanlar məni gözdən salmaq istəyir.
Bəs onlara dəstək verənlər, şərh yazanlar kimlərdir? Təəssüf ki, nə qədər yalanlarla insanın şərəfini, ləyaqətini alçaldırlar. Bu cür insanlar sadəcə murdar insanlardır. Nə deyə bilərəm ki?”, – deputat bildirib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31