Яндекс.Метрика
  • RUB 0.0223
  • TRY 0.1255
  • USD 1.7000
  • EUR 1.9413

Mədət Quliyevin federasiyasında baş katib seçildi

Fərdi / Slide 14-Jan, 20:08
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) baş katibi vəzifəsində dəyişiklik baş verib.
Federasiyanın mətbuat xidmətindən "NewsCafe"yə verilən məlumata görə, baş katib Fərhad Əliyev başqa işə keçməsi ilə əlaqədar postunu tərk edib. Bu vəzifəyə İcraiyyə Komitəsi üzvləri arasında səsvermə nəticəsində yekdilliklə Elnarə Musayeva gətirilib.
AzVİF prezidenti Mədət Quliyevin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin növbədənkənar iclasında yeni idman direktoru, ukraynalı mütəxəssis Oleq Berezovskini təbbir iştirakçılarına təqdim edilib.
Toplantıda 2022-ci ildə görülməsi planlaşdırılan məsələlər müzakirə edilib, məşqçilərin tədris prosesinin təkmilləşdirilməsinə, idmançıların təlim-tərbiyəsinə, onların ictimaiyyət arasında davranış qaydalarına və təhsil müəssisələrində davamiyyətə riayət etmələrinə xüsusi diqqət yerilmələrinə və qeyd olunan məsələlərin plana salınmasına dair federasiya prezidentinin tapşırıq və tövsiyələri dinlənilib.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    January 2022    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31