Яндекс.Метрика
  • RUB 0.0223
  • TRY 0.1255
  • USD 1.7000
  • EUR 1.9413

DİN Bəhram Bağırzadənin paylaşımına münasibət bildirib

Maraqlı / Top 13-Jan, 13:07
Daxili İşlər Nazirliyi (DİN) əməkdar artist Bəhram Bağırzadənin DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı yumoristik paylaşımına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, B.Bağırzadənin hansısa mövzuya onun yanaşması sənətlə əlaqəlidir.
“Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamıdır, sənətkardır. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır”, - şöbə rəisi vurğulayıb.
Qeyd edək ki, əməkdar artist B.Bağırzadə DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşım etmişdi. O, videoda dostları ilə yeyib-içməyə gedəcəyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini söyləyərək məsələyə yumoristik şəkildə münasibət bildirib.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    January 2022    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31