Яндекс.Метрика
  • RUB 0.0223
  • TRY 0.1255
  • USD 1.7000
  • EUR 1.9413

Azarkeşlərin hücumu nəticəsində zərbədən Mahir Emrelinin başı şişib

Futbol / Top 15-Dec, 12:59
Polşanın "Legiya" klubunda azarkeşlərin hücumuna məruz qalan Mahir Emrelinin durumu haqqında yeni məlumatlar yayılıb.
"NewsCafe" "Sparkchronicles" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu hadisədən sonra beyin silkələnməsi olub-olmadığını yoxlamaq üçün xəstəxanada müayinədən keçib.
Forvardın baş nahiyəsində şiş əmələ gəldiyi müəyyənləşib və onda baş ağrısı da olub. Həkim Emreliyə ehtiyatlı olmağı tövsiyə edib. Futbolçu bu səbəbdən dekabrın 14-də komandanın məşqində iştirak etməyib və bu gün "Zaqlembe" ilə matçda oynamayacaq.
Bundan əlavə, Varşava təmsilçisinin idman direktoru Radoslav Kuxarski hücumçunun durumu ilə maraqlanmaq üçün onunla görüşüb.
Qeyd edək ki, fanatlar Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XVIII tur oyunundan sonra "Legiya"nın futbolçularına hücum edib.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    December 2021    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031