Яндекс.Метрика
  • RUB 0.0223
  • TRY 0.1255
  • USD 1.7000
  • EUR 1.9413

AMEA yanında "Yüksək Texnologiyalar Parkı" MDB alimlərinin forumuna qatılıb

Maliyyə-Biznes / Top 30-Nov, 13:58
Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YT Park) icraçı direktoru Zaur Nəhmətov Belarusun paytaxtı Minskdə keçirilmiş “MDB-yə üzv dövlətlərin alimlərinin III Forumu”nda və tədbir çərçivəsində baş tutmuş görüşlərdə iştirak edib.
"NewsCafe" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində noyabrın 24-də Belarus Milli Elmlər Akademiyasının İdentifikasiya Sistemləri Mərkəzində texniki direktor Qennadiy Volnisti və texniki direktorun müavini Aleksandr Reşetnyak ilə görüş keçirilib. Görüş zamanı mərkəzdə aparılan innovativ tətqiqatlar, identifikasiya texnologiyaları və bu texnologiyaların elektron ticarətdə istifadə imkanları barədə məlumat verilib, eləcə də mərkəzdə yeni yaradılmış elektron identifikasiya vasitələrinin Azərbaycanda tətbiqi, "YT Park"ın rezidentləri ilə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin Belarus Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun direktoru Sergey Lemeşevskiy ilə görüş keçirilib. Görüşdə Riyaziyyat İnstitutunda son illərdə əldə edilmiş nailiyyətlər, AMEA YT Park ilə qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Noyabrın 25-də forum çərçivəsində Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyəsinin binasında təşkil olunan “İnnovativ elmi tədqiqatlar” mövzusunda dəyirmi masa keçirilib. Z.Nəhmətov tədbirdə “Elmi-texniki tərəqqi və innovativ inkişaf dövlət strategiyasının prioritetləri kimi” adlı məruzə ilə çıxış edib.
O, məruzəsində son zamanlar ölkəmizdə yüksək texnologiyaların inkişafına prioritet sahələrdən biri kimi xüsusi diqqət yetirildiyini bildirib. Direktor bu məqsədlə Azərbaycanda qəbul edilmiş, ölkənin innovativ inkişafının stimullaşdırılmasına yönələn dövlət strategiyaları, proqramlar barədə ətraflı məlumat verib.
Z.Nəhmətov bildirib ki, ölkədə innovasiya-texnologiya mərkəzləri, biznes-inkubatorlar, texnologiyaların transferi, elmi işlərin kommersiyalaşdırılması istiqamətlərinin inkişafına dövlət dəstək verir.
“Bu gün Azərbaycanda texnoparkların təşkili İT sənayesinin əsas inkişaf istiqaməti kimi müəyyənləşdirilib", - deyə bildirən məruzəçi AMEA-nın da son illərdə elm, istehsal və sahibkarlığın birgə inkişafı yoluna qədəm qoyduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, "YT Park"ın yaradılması elmi, innovativ layihələrin dəstəklənməsini, elmin kommersiyalaşdırılmasını nəzərdə tutur.
Forum çərçivəsində, həmçinin Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Qızğızıstan və Tacikistan Respublikalarından olan nümayəndə heyətləri ilə görüşlər keçirilib.
Noyabrın 26-da Belarus Yüksək Texnologiyalar Parkında qurumun direktor müavini Kiril Zaleski və texnoparkın Qlobal Kooperasiya ofisinin direktoru Lyubov Mayorova ilə görüş keçirilib. Görüşdə Belarus Yüksək Texnologiyalar Parkının tarixi və bu günü, imkanları, innovativ layihələr, tətbiq edilən güzəştlər, rezidentlər, statistik göstəricilər barədə geniş məlumat verilib. "YT Park" və Belarus Yüksək Texnologiyalar Parkının əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb.
Görüşdə "YT Park"ın fəaliyyətini əks etdirən geniş təqdimat nümayiş olunub, görülmüş işlər barədə məlumat verilib.
Sonda Belarus Yüksək Texnologiyalar Parkında hazırlanmış innovativ məhsullara baxış keçirilib, texnoloji yeniliklər nümayiş etdirilib.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    November 2021    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930