• Bakı
    4.12 m/s
  • 1.7000
  • 1.8352
  • 0.0236
  • 0.0903
  • 2.0504

Cavid Qurbanov yenidən federasiya prezidenti seçilib

Komanda 26 noyabr 2021
0
Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Voleybol Federasiyasının (AVF) hesabat-seçki konfransı keçirilib.
"NewsCafe"nin məlumatına görə, konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.
Sonra AVF-nin hesabatı dinlənilib. Federasiya prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib.
Ardınca federasiya rəhbərliyinə seçkilər keçirilib. C.Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev I vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident, Nicat Quliyev və Kamal Hüseynli AVF İdarə Heyətinə üzv seçiliblər.
Konfransda həmçinin federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930