Яндекс.Метрика
  • RUB 0.023
  • TRY 0.1238
  • USD 1.7000
  • EUR 1.9208

Naxçıvandan Məşhədə dəmiryol reysi bərpa oluna bilər

İnfrastruktur / Slide 22-Nov, 13:25
"Azərbaycanın nümayəndə heyətinin İrana səfəri ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcək".
NewsCafe” İran mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilmiş iclasında deyib.
Onun sözlərinə görə, səfər iki ölkə arasında imzalanmış müqavilələrin şərtlərinə əməl olunması üçün maneələri aradan qaldıracaq: "Bu, hər iki xalqın mənafeyinə xidmət edir”.
Nazir əlavə edib ki, İran-Azərbaycan sərhədində 100 metrlik körpünün tikintisi və Rəşt-Astara dəmiryolu dəhlizinin tamamlanması nümayəndə heyətinin səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdəndir: "Bizim azərbaycanlı dostlarımız İranın Astara şəhərində terminalın tikintisinə sərmayə qoyublar, onun bir hissəsi tamamlanıb. Terminalın başa çatdırılması ilə bağlı müzakirələr aparılacaq. Biz Azərbaycanın Astara şəhərində də görüş keçirəcəyik, Naxçıvan-Məşhəd dəmir yolu layihəsini yenidən aktivləşdirəcəyik. Avtomobil nəqliyyatı və avtomobil tranziti sahəsində əməkdaşlıq bu komissiyanın ən mühüm danışıqlar mövzularından biridir".
Xatırladaq ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 2016-cı ilin dekabrın 29-da hərəkətə başlayıb və təxminən 1 il sonra müəyyən texniki səbəblərdən onun fəaliyyəti müvəqqəti dayandırılıb.
@Report.Az
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    November 2021    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930