Яндекс.Метрика
  • RUB 0.023
  • TRY 0.1238
  • USD 1.7000
  • EUR 1.9208

Oqtay Şirəliyevin qızı da vəzifəsindən çıxarıldı - FOTO

Maraqlı / Top 20-Nov, 14:41
Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyinin (Rossotrudniçestvo) rəhbəri Yevgeni Primakov Azərbaycanın sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyevanı vəzifəsindən azad edib. 
"NewsCafe"nin "Qaynarinfo"ya istinadən verdiyi məlumata görə, Nərmin Şirəliyeva "Rossotrudniçestvo” rəhbərinin müşaviri vəzifəsindən azad olunub.
Qeyd edək ki, Nərmin Şirəliyeva bundan əvvəl Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. 
Xatırladaq ki, Yevgeni Primakov Rusiyanın tanınmış dövlət xadimi, 90-cı illərdə ayrı-ayrı vaxtlarda Baş nazir, Xarici İşlər naziri və Xarici Kəşfiyyat Xidmətinin rəisi işləmiş Yevgeni Primakovun nəvəsidir. O, ötən ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putin müvafiq fərmanı ilə "Rossotrudniçestvo”nun rəhbəri təyin edilib.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    November 2021    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930