• Bakı
    22°
    7.2 m/s
  • 0
  • 0
  • 0
  • 0

Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

Dağlıq Qarabağ münaqişəsi | Sosial 02 noyabr 2021
0
Noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
XİN-dən "NewsCafe"yə verilən məlumata görə, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər.
Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930