“Azerçay” “Global Village” Beynəlxalq Yarmarkasında

Tural İbadlı Maliyyə-Biznes | Sosial 02 noyabr 2021
0
Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında nümayiş olunur.
Artıq 3-cü ildir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə müvafiq stendlərdə  bir sıra yerli şirkətlərin məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər və s. “Made in Azerbaijan” brendi ilə təqdim edilir.
Dubaya səfər çərçivəsində KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “Global Village” yarmarkasında sərgilənən yerli məhsullarla tanış olub.
Qeyd edək ki, 1996-cı ildən təşkil olunan “Global Village” hazırda dünyanın ən böyük beynəlxalq yarmarkalarından hesab olunur. Bu il yarmarkaya 5 milyona yaxın ziyarətçinin gəlməsi gözlənilir. KOBİA-nın dəstəyi ilə Azərbaycan şirkətləri 2019-cu ildən yarmarkada öz məhsullarını nümayiş etdirir.
Bildirək ki, Azərbaycan brendi “Azerçay”-ın müxtəlif çeşidləri yarmarkada nümayiş olunur .İllərdir yüksək keyfiyyəti ölkəmizi dünyanın müxtəlif ölkələrində yüksək səviyyədə təmsil edən “Azerçay” hazırda dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində daşıyır.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930