Яндекс.Метрика
  • RUB 0.023
  • TRY 0.1238
  • USD 1.7000
  • EUR 1.9208

İlham Əliyev: "İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik"

Dağlıq Qarabağ münaqişəsi / Redaktor seçimi 26-Oct, 20:43
"İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik. İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub".
"NewsCafe" xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətlə deyib: “Əziz Qardaşım, sayın Cumhurbaşkanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük dəstək, siyasi və mənəvi dəstək verdi, bizə əlavə güc verdi. Bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə, əziz Qardaşım, öz təşəkkürünü bildirir. Siz bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq bərpa dövründə yenə də bizimlə bərabərsiniz”.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    October 2021    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031