Яндекс.Метрика
  • RUB 0.0239
  • TRY 0.1784
  • USD 1.7000
  • EUR 1.9768

“Facebook”un işində nasazlıq “İnstagram” bloggerlərinə də problem yaradıb

Rabitə və Yüksək texnologiyalar / Top 05-Oct, 17:13
“Dünən dünyanın əksər ölkələrində istifadəçilər bir neçə saat müddətində “Facebok” və ona tabe şirkətlərin xidmətlərindən istifadə edə bilmədilər. Bura əsasən “Facebook”un özü, “İnstagram”, “WhatsApp” və “Messenger” daxildir. Bütün bu sosial şəbəkə xidmətlərinin eyni anda çökməsinin səbəbi odur ki, şirkət xərcləri azaltmaq üçün onların hamısını bir infrastrukturda yerləşdirib. Bu baxımdan da birinin problemi digərlərinin də fəaliyyətinin dayanmasına səbəb oldu. Çökmə kodlaşma ilə əlaqədar deyildi. Bu sırf texniki məsələdir. Belə ki, onların DNS serverlərindəki lövhələr yox olmuşdu. Bu səbəbdən də “Facebook” onu yenidən konfiqurasiya etməyə məcbur oldu”.
Bunu “Report”a ötən gün “Facebook” və digər sosial şəbəkə və mesajlaşma proqramlarında yaranan bir neçə saatlıq fasiləni şərh edən İKT üzrə mütəxəssis Elvin Abbasov deyib.
Onun sözlərinə görə, hadisə “Facebook”un və ona tabe şirkətlərin səhmlərinin dünya birjasında ucuzlaşmasına səbəb olub: “Bu hadisə müəyyən iqtisadi nəticələrə də yol açdı. Belə ki, “Facebook”da öz biznesini quran, bu platformalar vasitəsi ilə öz məhsullarını reklam edən istifadəçilərin gəlirlərinə mənfi təsir göstərib. Amma bura bank sektoru və dövlət qurumları aid deyil. Onların özünün digər sosial və mesajlaşma şəbəkələri var".
Ölkəmizə gəlincə, E. Abbasov hesab edir ki, Azərbaycanda “Facebook” və ona tabe olan sosial şəbəkə və mesajlaşma proqramları üzərində biznes quranların sayı o qədər də çox deyil: "Bu göstərici o qədər azdır ki, dünya miqyasında hesablanan zərərin heç 2-3 %-nə bərabər deyil. Əgər yaranan bu problemin bütün meyarlarını nəzərə alsaq və zərəri hesablasaq, bunun bir daha şahidi olarıq. Bu səbəbdən də bizdə bu hadisəni böyük problemə çevirə biləcək şikayətlər yoxdur”.
İT üzrə ekspert Rəcəb Mehdiyev isə bu hadisənin əsasən “İnstagram” üzərindən yayım edən bloggerlərin gəlirlərinə ziyan verdiyini qeyd edib:
“Hadisə nəticəsində insanların boş vaxtlarında “WhatsApp” və “Messenger”də hansısa iş danışıqları aparması yaxud yazışması mümkün olmayıb.
“Facebook”un işində nasazlığın olması “İnstagram” bloggerlərinin işində də problem yaradıb. Belə ki, onlar ödəniş qarşılığında müəyyən paylaşımlar edirlər. Məhz bu saatlara düşən paylaşımların edilməməsi maliyyə itkisinə səbəb olub”.
Ekspert hesab edir ki, alternativ “DATA” mərkəzlərinin olmaması belə bir problemin olmasına səbəb olub:
“Bir şirkətin alternativ sosial şəbəkə yaxud mesajlaşma proqramı çıxarması mümkün deyil. Amma alternativ “DATA base”in olması mümkündür. Alternativ serverlərin mövcudluğu bu tipli hadisələr olanda ehtiyat serverlərdən istifadəyə imkan yaradır”.
Qeyd edək ki, ötən gün "Facebook" və ona daxil olan "WhatsApp", "Instagram" və "Messenger"in fəaliyyətində nasazlıq yaranıb. Nəticədə dünya üzrə bir milyarddan çox istifadəçi bir neçə saat bu sosial şəbəkə və mesajlama xidmətlərindən istifadə edə bilməyib. "Facebook"un açıqladığı rəsmi rəqəmlərə görə, yaranan 7 saatlıq fasilə şirkətə 6,6 milyard ABŞ dolları ziyan vurub.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    October 2021    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031