Яндекс.Метрика
  • RUB 0.0239
  • TRY 0.1784
  • USD 1.7000
  • EUR 1.9768

Telman İsmayılovun şərəfinə sağlıq deyən məmurlar - VİDEO

Maraqlı / Redaktor seçimi 02-Oct, 16:30
Xəbər verdiyimiz kimi, “Çerkizovski” bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.
Bir vaxtlar Rusiyanın ilk milyarderlərindən sayılan T.İsmayılov təmtəraqlı ad günü məclisləri ilə daim dünya mediasının gündəmində olub.
2006-cı ildə 50 illik yubileyini qeyd edən iş adamını təbrik edənlər arasında Azərbaycan rəsmiləri də var.
"NewsCafe" Yeniavaz.com-a istinadən xəbər verir ki, yubiley məclisində AZAL-ın prezidenti Cahangir Əsgərov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Baş Nazirinin sabiq birinci müavini Abbas Abbasov da iştirak edib.
C.Əsgərov iş adamının şərəfinə mahnı oxuyub, ona tapança hədiyyə edib. A.Paşazadə məclisdə çıxış edərək T.İsmayılovun xeyriyyəçiliyindən danışıb, onu təbrik edib. Şeyx məclisə ailəsi ilə birlikdə gəldiyini də bildirib. Həmin videokadrları sizə təqdim edirik:
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    October 2021    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031