Яндекс.Метрика
  • RUB 0.0234
  • TRY 0.1992
  • USD 1.7000
  • EUR 2.0014

Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb

Ölüm / Slide 08-Sep, 13:16
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.
"NewsCafe"nin "Report"a istinadən verdiyi xəbərə görə, N.Quliyev sentyabrın 8-də Gəncədə yerləşən modul tipli xəstəxanada koronavirusdan ölüb.
Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, N.Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    September 2021    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930