Яндекс.Метрика
  • RUB 0.0234
  • TRY 0.1992
  • USD 1.7000
  • EUR 2.0014

Azərbaycanda insanlar sürücülərin daha çox qayda pozduğunu düşünür - FOTO

Sosial təminat / Top 07-Sep, 16:24
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar davamlı şəkildə nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Qayda pozan sürücülərə qarşı müvafiq tədbirlər görülür. Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyi ilə bağlı vətəndaşların fikrini öyrənmək məqsədilə MTM (Media Təhlil Mərkəzi) və AAF (Azərbaycan Avtomobil Fedarasiyası) tərəfindən 21-26 avqust tarixlərində sorğu keçirilib. Sorğuda iştirak edən 505 respondentin 45%-ni qadınlar, 55%-ni kişilər təşkil edib.
Bu barədə "Report"a Media Təhlil Mərkəzindən məlumat verilib.
Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı verilən ilk sualda üç variant seçmək imkanına malik olan respondentlərin 79%-i qaydaları pozan sürücülərin çox olduğunu bildirib. Cavab verənlərin 50%-i hesab edir ki, əksər hallarda qaydaları piyadalar pozur. Bəzi ərazilərdə yol nişanlarının və nişanlanma xətlərinin düzgün yerdə quraşdırılmadığını iddia edənlər iştirakçıların 34%-ni təşkil edib. Respondentlərin 9%-i isə yolların təhlükəsiz olduğunu düşünür.
İkinci sual sorğu iştirakçılarının yaşadığı ərazidə piyadaların yol qaydalarına əməl edib-etməməsi ilə bağlı olub. Cavab verənlərin 43%-i qeyd edib ki, piyada keçidləri azdır və ya yoxdur deyə piyadalar məcburiyyətdən qaydaları pozurlar. “Piyada keçidləri olsa da, yol hərəkəti qaydalarına səhlənkar yanaşanlar çoxdur” deyənlər iştirakçıların 48%-ni təşkil edib. Respondentlərin 9%-i isə qaydalara əməl edildiyini bildirib.
İştirakçıların 58%-i növbəti sualı cavablandırarkən yaşadıqları ərazidə sürücülərin qaydaları tez-tez pozduğunu qeyd edib. Cavab verənlərin 35%-i bunun nadir hallarda baş verdiyini, 7%-i isə qayda pozuntusunun şahidi olmadığını deyib.
Respondentlərin 65%-i hesab edir ki, həm sürücülər, həm də piyadalar üçün qayda pozuntusuna görə cəzalar sərtləşdirilməlidir. Bu fikirlə razı olmayanlar cavab verənlərin 35%-ni təşkil edib.
Sorğu iştirakçılarının 40%-i cəzalar sərtləşdirildiyi halda qayda pozuntularının azalacağı qənaətindədir. Nəticənin indikindən fərqli olmayacağını deyənlər respondentlərin 17%-ni, cəzaların kifayət qədər sərt olduğunu düşünənlər 13%-ni əhatə edib. İştirakçıların 30%-nin fikrincə isə qayda pozuntularının qarşısını maarifləndirici tədbirlərlə almaq olar.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    September 2021    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930