Яндекс.Метрика
  • RUB 0.0223
  • TRY 0.1255
  • USD 1.7000
  • EUR 1.9413

Kəndlinin məhsulu zay olur, dövlət qurumu "yol ensizdir" deyir - FOTO

Aqro / Slide 01-Aug, 08:45
Quba rayonunda taxılin biçin vaxtı olsa da, yolsuzluq problemi buna mane olur.
"NeüsCafe" "Report"a istinadən xəbər verir ki, problem rayonun Utuq kəndində yaşanır.
Belə ki, kənd sakinləri əkdikləri taxıl sahələrini biçə bilmirlər. Kəndə gedən yolun geniş olmaması səbəbindən kombaynların taxıl biçini üçün ərazilərə gedə bilmir.
“Taxılın becərilməsi üçün dövlət tərəfindən subsidiya da ayrılıb. Kənd ərazisində 40 hektar əsasən, arpa və buğda əkilib. Buraya kombayn gəlməsə taxılı tədarük etmək üçün dədə-baba qaydasında olan prosedurları icra etmək məcburiyyətində qalacağıq”-deyə, kənd sakinləri bildiriblər
Kənd ərazisində 30 hektar sahədə taxıl əkilib, əkilən sahələrin bir hissəsi dəryaz və oraqla biçilib. Qalan 4 hektar sahənin sahibi isə hələ də kombayn gözləyir.

Qeyd edək ki, Utuq kəndi yüksək dağlıq ərazidə, rayon mərkəzindən 70 kilometr məsafədə yerləşir.
Aqroservis Açıq Səhmdar Cəmiyyətinin Quba rayon bölməsindən kəndə gedən yolun ensiz olması səbəbindən oraya lazımi texnikanın getməsinin hələ ki, mümkünsüz olduğu bildirilib.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    August 2021    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031