Яндекс.Метрика
  • RUB 0.0234
  • TRY 0.1992
  • USD 1.7000
  • EUR 2.0014

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Futbol / Top 23-Jul, 10:33
Avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
"NewsCafe"nin məlumatına görə, Azərbaycan 13,375 xalla 29-cu sıradakı mövqeyini qoruyub.
Qazaxıstan 13,750 xalla 28-ci, Polşa isə 13,000 xalla 30-cu yerdədir.
"Qarabağ"ın Bakıda Konfrans Liqasında İsrail "Aşdod"u ilə qolsuz heç-heçə etməsi ölkənin aktivinə daha 0,125 xal qazandırıb.
Daha əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsindəki qələbələrə görə "Neftçi" 0,500 xal, Konfrans Liqasında "Çukariçki" ilə Serbiyadakı qolsuz heç-heçəyə görə isə "Sumqayıt" 0,125 xal qazanıb. Bununla da cari mövsüm Azərbaycanın qazancı 0,750-yə çatıb.
Qeyd edək ki, siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63,473) üçüncüdür.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    July 2021    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031