Яндекс.Метрика
  • RUB 0.0231
  • TRY 0.1985
  • USD 1.7000
  • EUR 2.0009

Şuşada bayram günü qurbanlar kəsilib - FOTO - VİDEO

Sosial təminat / Redaktor seçimi 20-Jul, 16:43
Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.
Bu barədə "NewsCafe"yə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Bayram tədbirində çıxış edən komandir heyəti hərbi qulluqçulara bayramı münasibətilə Ali Baş Komandanın və Müdafiə nazirinin təbriklərinin çatdırıb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıblar.
Hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub.
Bayram mərasimi şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə sona çatıb.





Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    July 2021    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031