Яндекс.Метрика
  • RUB 0.0231
  • TRY 0.1985
  • USD 1.7000
  • EUR 2.0009

Ermənilər daha bir zabitimizi yaraladı

Dağlıq Qarabağ münaqişəsi / Redaktor seçimi 20-Jul, 09:25
İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Bu barədə "NewsCafe"yə Müdafiə Nazirliyindən məlumat verilib.
Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    July 2021    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031