
Bu barədə "NewsCafe"yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş İdarənin əməkdaşlarının Suraxanı rayonunda həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş Abdul Çopurov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqramdan artıq heroin, 4 kiloqram 70 qram narkotik vasitə istifadəçiləri arasında “patı”, “şüşə” kimi adlanan psixotrop maddə “Metamfetamin” və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə və psrixotrop maddələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.


Baş İdarə əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin satışında şübhəli bilinən daha 2 nəfər – paytaxt sakinləri Aleksandr Naqorni və Sərxan Daşdəmirli saxlanılıblar. Bu şəxslərin üzərlərindən və yaşadıqları evlərdən ümumilikdə 42 qrama yaxın “Metamfetamin”, kimyəvi tərkibli narkotik vasitə olan “Bonzai”, həmçinin 1295 ədəd satışı qadağan olunan “Preqabalin” və “Ekstazi” həbi, 1 ədəd elektron tərəzi və narkotik vasitlərin sosial şəbəkələrə satışı zamani nağdsız pul köçürmələrində istifadə etdyi plastik kart aşkar edilib.


Əməliyyat tədbirlərinin davamı olaraq İlqar Bayramova onlayn yolla narkotik vasitələr satan paytaxt sakini Samir Ağayev də saxlanılıb. Onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 632 ədəd “Ekstazi” həbi, 48 qram “Kokain” və 1 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə müxtəlif profillər açaraq əsasən gənclər arasında narkotik vasitələrin və psixotrop tərkibli həblərin onlayn yolla satışını təşkil etdikləri məlum olub.

Baş İdarə əməkdaşlarının onlayn yolla narkotik vasitələr satan şəxslərə qarşı paytaxtın Sabunçu rayonunda həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə vətəndaş Raib Hüseynov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 400 qrama yaxın “Kokain”, “Metamfetamin”, “Bonzai”, “Marixuana”, eləcə də ümumilikdə 878 ədəd “Ekstazi”, “Pregabalin”, “Metadon” həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 30 kiloqramdan artıq narkotik maddə, o cümlədən, 4778 ədəd psixotrop tərkibli “Ekstazi”, “Pregabalin”, “Metadon” və “Tramadol” həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
