Яндекс.Метрика
  • RUB 0.0231
  • TRY 0.1985
  • USD 1.7000
  • EUR 2.0009

Mahir Emreli: "Uğur qazanmaq istəyiriksə, heç kimdən qorxmamalıyıq"

Futbol / Top 06-Jul, 17:39
"Varşavaya gəldiyim ilk gündən elə təəssürat yaranıb ki, hər şey yolunda gedəcək. Sanki, illərdir buradayam. Bəlkə də "Legiya"da uğurlu starta məhz bu amil səbəb olub".
"NewsCafe"nin məlumatına görə, bu fikirləri Azərbaycan millisinin və Polşanın "Legiya" klubunun futbolçusu mahir Emreli "Super Ekspress" nəşrinə açıqlamasında yeni komandasındakı çıxışı barədə danışarkən deyib.
24 yaşlı hücumçu bildirib ki, baş məşqçi Çeslav Mixneviçlə ünsiyyət qurmaqda çətinlik çəkmir: "Öz aramızda rus dilində danışırıq. Bu da işimi asanlaşdırır. Düşünürəm ki, yaxşı çıxış etməyimdə bunun da rolu var. Amma yoxlama matçları rəsmi görüşlərdən fərqlənir. Ona görə də əvvəlki oyunları unutmalıyıq".
Emreli Norveçin "Bude-Qlimt" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa da toxunub: "Əslində əsas hazırlığımız avrokubokla bağlı idi. Yoxlama matçlarında sərgilədiyimiz oyunu qarşıdakı görüşdə göstərməliyik. "Bude-Qlimt" sürətli və dinamik komandadır. Topa nəzarət etməyi və əks hücumlara çıxmağı xoşlayırlar. Norveç çempionu olubsa, deməli, yaxşı kollektivdir".
Forvardın sözlərinə görə, "Legiya" uğur qazanmaq istəyirsə, heç bir rəqibdən çəkinməməlidir: "Düzdür, rəqib güclüdür. Ötən mövsüm böyük üstünlüklə çempion olublar, çoxlu qol vurublar. Amma "Legiya" da güclüdür. Avropa çempionatı da göstərdi ki, istənilən komanda ilə mübarizə aparmaq olar. İsveçrənin nələr etdiyini, Fransa və Almaniya kimi favoritlərin erkən vidalaşdığı turnirdə Danimarkanın necə qələbələr qazandığını görmək kifayətdir".
Qeyd edək ki, "Bude-Qlimt" - "Legiya" matçı iyulun 7-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
@Report.Az
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    July 2021    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031