Яндекс.Метрика
  • RUB 0.0236
  • TRY 0.2027
  • USD 1.7000
  • EUR 2.0567

Şəhid övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib - FOTO

İnfrastruktur / Slide 31-May, 17:34
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edib.
Bu barədə "NewsCafe"yə ASCO-dan məlumat verilib.
Uşaqlar bələdçilərin müşaiyəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.
Ziyarətçilər muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi isə böyük qürurla izləyiblər.
Ekskursiya şəhid övladları və onları müşaiyət edən valideynləri tərəfindən müsbət qiymətləndirilib.
Ziyarətin sonunda uşaqlara “Suraxanı” gəmi-muzeyinin xüsusi hədiyyələri təqdim olunub.
Qeyd edək ki, ASCO Korporativ Sosial Məsuliyyəti çərçivəsində bu cür layihə və tədbirləri bundan sonra da davam etdirəcək.









Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Redaktorun seçimi
Təqvim
«    May 2021    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31