Яндекс.Метрика
  • RUB 0.0236
  • TRY 0.2027
  • USD 1.7000
  • EUR 2.0567

Prokurorluq: Dieqo Maradona öldürülüb

Əməliyyat-axtarış / Futbol / Top 20-May, 22:12
Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradonanın ölümünü araşdıran prokurorlar çərşənbə günü 7 nəfəri sabiq idmançının “mümkün hesab edilən ölüm” niyyətində ittiham ediblər.
NewsCafe” xəbər verir ki, bu barədə “Marca” qəzeti bildirib.
San-İsidro şəhərinin Baş Prokurorluğu məhkəmənin hakiminə ittiham olunan şəxslərin Argentinanı tərk etməsina qadağa qoymasını xahiş edib və onların hamısını ifadə verməyə çağırıb.
İşdə adı keçənlərin hamısı ötən ilin noyabrında Maradonanın ölümündən əvvəl ona baş çəkən həkimlərdir.
Yaxın günlərdə tibb bacıları - Rikardo Omar Almiron və Daxiana Qizela Madrid, tibb bacılarının koordinatoru Mariano Perroni, keçmiş futbolçunun ev şəraitində müalicə olunmasına nəzarət edən həkim Nensi Forlini, psixoloq Karlos Anxel Dias, psixiatr Aqustina Kazaçev və Maradonanın şəxsi həkimi, neyro-cərrah Leopoldo Luke dindiriləcəklər.
Prokurorluq tibbi komissiyanın hesabatının alınmasından sonra onların hamısını güman olunan ölümdə ittiham etməyə qərar verib.
Qeyd edək ki, 11 ekspert ölümünün başvermə şəraitini qiymətləndirib. Yerli KİV-də yayılmış məruzədən belə nəticə çıxır ki, Maradonaya baş çəkən tibb qrupunun işi qeyri-adekvat olub və pasiyentin sağlamlıq durumu taleyin ixtiyarına buraxılıb. Argentinada belə cinayətə görə 8 ildən 25 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Redaktorun seçimi
Təqvim
«    May 2021    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31