Яндекс.Метрика
  • RUB 0.0236
  • TRY 0.2027
  • USD 1.7000
  • EUR 2.0567

İlham Əliyevin Ordubadda portret fotoqrafiyası

Maraqlı / Slide 18-May, 22:02
"Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm.
Çünki, bunun da çox böyük rəmzi mənası var".
İlham Əliyev
Bu Səfərin portret fotoqrafiyasına baxdıqda kamil dövlət rəhbəri kimi Prezident İlham Əliyevin diplomatik məharətlə özünüifadədən istifadə edərək yüksək əhval-ruhiyyəsini və dolğun şəxsiyyətini nümayiş etdirməsini görə bilirik. Ordubad portret fotoqrafiyasında da şəklin mərkəzində müdrik və uzaqgörən sima əks olunur. Bununla bərabər, arxa fonda, eləcə də əsas səciyyəvi məzmun portretin tərkib hissəsini təşkil edir. 
Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanının milli dövlətçiliyimiz üçün həyati vacib əhəmiyyət daşıyan ulu Naxçıvana - elimiz Ordubada səfərinin palitrasının rəng çalarları olduqca zəngin və dolğun idi. Təkcə Əliyevlər ailəsi üçün deyil, bütövlükdə xalqımız üçün sarkal bir dövrdə və gündə - Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin "doğum günü"ndə elə onun anadan olduğu yerə, ata-baba yurduna sözügedən missiyanın gerçəkləşdirilməsi heç də təsadüfi deyildi. Bu uzun illərdir ki, Zəfərə həsr edilmiş xüsusi səfərdi.
"1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur.
Bu gün burada olmağımın xüsusi rəmzi mənası var. Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir".
İlham Əliyev
Çünki, İlham Əliyev fenomeni təsadüflərin deyil zərurətin fövqündədir. Bu xüsusda, "3D formatında portretin fotoqrafiyasına seyr etdikdə" açıq-aydın şəkildə müşahidə etmək olur ki, "yüz ölçüb bir biçilmiş" tarixi atılan addımdır. Bunu cavabları özündə olan suallarda tapa bilərik:
Niyə məhz Zəngəzur Milli Parkının yerləşdiyi Ordubada?!
Niyə məhz Araz çayı üzərində tikilən Su elektrik stansiyasına baxış?!
Niyə məhz Qarabağın azad edilməsinin "lokomativi" olan Dəmir İpək Yolunun - Türk Qurşağı hesab olunan Ordubad dəmir yolu stansiyasınıda aparılan yenidənqurma işləri ilə tanışlıq?!
Niyə məhz Şah Abbasın fərmanı ilə inşa edilmiş "Cümə Məscidi"nin önündə - əvvəllər "Zorxana" olmuş indi Ordubad Tarix-Diyarşünaslıq Muzeyi yerləşən meydanda?!
Niyə məhz Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Ordubadda üzünü həm Azərbaycan, həm də qonşu İran üçün birgə dəyər sayılan Savalana tutaraq və kürəyini Qapıcıq zirvəsinə söykəyərək Azərbaycan televiziyasına müsahibə verib?!
Əslində, hər bir sualın elə özü ayrı-ayrılıqda mükəmməl bir cavabdır!
Bəllidir ki, bu gediş mürəkkəb tarixi dövr ilə səsləşən və ayaqlaşan proqram və mesajları özündə ehtiva edirdi. Özü də Azərbaycan tarixi yenidən yazıldığı bir dövrdə. 
Məlumdur ki, müstəqil dövlətçiliyimizdə strateji yerə və rola malik olan Naxçıvanın bu prosesdə iştirakı milli təhlükəsizlik məsələsidir. Məhz İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun heyətinin iştirakı, şücaəti və Şuşanın alınmasında qəhrəmanlığı göz önündədir.
Məhz elə azad Qarabağa gedən yol Günnütdən keçir...
Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanının "dar günün dostu olan" Naxçıvana bu əlamətdar hadisənin təsadüf etdiyi 10 may tarixində sələfinin vəsiyyətini müzəffərcəsinə yerinə yetirən xələf kimi səfər etməsi heç də təsadüfi deyil.
Öz əcdadlarını, uca Şəhidlərmizi ziyarət etməsi bütün nəsillərə bir örnəkdir...
"Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir". 
Heydər Əliyev
"Bilirsiniz, tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə - Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım".
İlham Əliyev
Burada zəngin proqramı ilə ştrix kodlarla dünyada və regionda baş verən proseslərə eyham vurması çox mətləblərdən xəbər verir. Bunlar ona dəlalət edir ki, dürüst olmalıyıq. İşimizdə vicdanlı, xidmətimizdə sədaqətli olmalıyıq.  Arxayınlaşmamalıyıq, əksinə, daha ayıq-sayıq olmalı, müasir çağırışlara cavab verən idarəetmə mexanizmi qurmalı və infrastruktur imkanlarımızı genişləndirməliyik. Dövlət Başçımız "Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var" deməklə, Yeni Yol Xəritəsi çizdi. Səfərin portretinin fotoqrafiyasını mahir ustalıqla çəkib göstərdi.
Prezident İlham Əliyev Naxçıvan səfərindən paytaxt Bakıya döndükdən dərhal sonra Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi və görüş zamanı bu mesajı verdi:
"Mənim fikrimcə, həmin görüşdə birgə Bəyanatın mühüm bəndinin - nəqliyyat dəhlizlərinin açılması bəndinin reallaşması üzrə önəmli addımlar atılıb. Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq. Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir".
İlham Əliyev
Azərbaycan hazırda çox maraqlı və vacid dövrü yaşayır. O cümlədən, Qafqaz bir daha ümumdünya əhəmiyyətini göstərir. İlham Əliyevin daha bir böyük üstünlüyü baş verən hadisələri strateji dəyərləndirmə və analitik təhlil qabiliyyətidir.
Onun ən yüksək keyfiyyətlərindən biri, mühüm olan cəhəti əsas tarixi rabitəni diqqətdə saxlamaqdır. Böyük strateq kimi tarixi bir məsələyə tarixdə məlum olan hadisənin nə cür əmələ gəldiyini, həmin hadisənin öz inkişafında nə kimi əsas mərhələlərdən keçdiyi nöqteyi-nəzərindən yanaşmasıdır. Ona görə də ilk dəfədir ki, erməni qəsbkarlarının hədəfi boşa çıxır, irəliyə yox, geriyə gedirlər. Faktiki olaraq, bu müharibə çalınan Zəfər mənfur rəqibin güclü tərərəfə məğlubiyyətinin - haqqın təntənəsi və ədalətin fəthi idi. Vətən müharibəsində Azərbaycan ordusunun və Ali Baş Komandanının müzəffərliyi yeni hərbi-taktiki gediş və qəhrəmanlıq səlnaməsidir.
(Ordubad ilə bağlı olan məşhur Bayatıda sərkərdənin şücaəti və ordunun qüdrəti müfəssəl şəkildə əks olunur.)
Bunlarla əsas məsələlərlə yanaşı, köməkçi hissə də mövcuddur. Çoxtərəfli və çoxmənalı səfərin digər incə məqamları vardır. Başlıcası, cəmiyyət və dövlət münasibətlərinin saflaşdırılması, yerli hakimiyyət orqanları ilə əhali arasındakı təmasın sağlamlaşdırılması və s. Bu kimi faktorlara aşağıdakıları vurğulamaq mümükündür:
Sistemin rahatlaşdırılması - sadələşdirilməsi (Naxçıvanda ASAN xidmət modelinin tətbiqi);
Yeniliklərə açıqlığın təmin edilməsi və imkanların yaradılması;
Vətəndaşların sosial fəallığına üstünlük verilməsi və bu yöndə maneələrin aradan qaldırılması;
İctimai həyatın bütün əsas subyektlərinin legitimliyinə və qarşılıqlı anlaşmasına nail olunması;
Seçicilərin və elektoratın nüfuzunun maksimum gücləndirilməsinə əngəl törədilməməsi - qarşısının alınmaması.
Bütün bunlar tələb edir ki, yaradılan bu mükəmməl "Portret fotoqrafiyası" nadir əsər nümunəsi kimi Heydər Əliyevin möhtəşəm sözlərinin - "Ordubad Azərbaycanın incisidir" unikal sitatının yanına həkk olunsun...
Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Redaktorun seçimi
Təqvim
«    May 2021    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31