Яндекс.Метрика
  • RUB 0.0236
  • TRY 0.2027
  • USD 1.7000
  • EUR 2.0567

Afət Fərmanqızı: "Kaş kartof əkib, heyvan saxlayardım..."

Şou / Top 05-May, 17:48
Müğənni Afət Fərmanqızı onu tənqid edən izləyicisi barədə danışıb.
Sosial şəbəkə hesabında bu haqda danışan ifaçı mənfi rəy yazan izləyicisinin əslində ona paxıllıq etdiyini bildirib:
“Mahnı ifa edib paylaşmışam. Orada fortepianoda sadəcə akordlardan istifadə edirəm. Bir xanım yazıb ki, “vay, vay biabırçılıq”. Soruşdum ki, xanım, nə işlə məşğulsunuz ki, musiqi haqda fikir bildirirsiniz? Dedi, Tovuzda kartof əkirəm. Bir az yazışdıq, sonra qayıtdı ki, əslində pis oluram, baxıram bahalı maşınlarınız, evləriniz var, mən isə burada əziyyət çəkirəm. Qərar verdim ki, artıq iradlara fikir bildirməyəcəm. Bəziləri başqalarının yaxşı gününü özlərinə bədbəxtlik kimi qəbul edirlər. Dəhşətdir. Axırımız hara gedir? Allahın yazdığı qismətdir. Mən günahkar deyiləm. Kartof əkmək, öz zəhməti ilə əziyyət çəkib halal pul qazanmaq ən gözəl bəxtdir. Bizim isə gecəmiz-gündüzümüz yoxdur. Yollarda, qəzalardayıq. Adımıza da yüz cür söz qoşurlar. Kaş mən də sadə ev xanımı olardım, kartof da əkərdim, heyvana da baxardım…”
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Redaktorun seçimi
Təqvim
«    May 2021    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31