Яндекс.Метрика
  • RUB 0.023
  • TRY 0.2063
  • USD 1.7000
  • EUR 2.0681

Bakı Sağlamlıq Mərkəzi13 milyon manatlıq zərər edib

Maliyyə-Biznes / Slide 04-May, 09:08
Azərbaycanın aparıcı tibb müəssisəsi – Bakı Sağlamlıq Mərkəzi (BSM) 2020-ci ili 6,724 milyon manat zərərlə başa vurub.
NewsCafe” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-ci illə müqayisədə 4,7% çoxdur.
Son nəticədə BSM-nin yığılmış zərəri 97% artaraq 12,959 milyon manata çatıb.
Ötən il BSM əvvəlki illə müqayisədə 58,2% çox – 15,495 milyon manat əməliyyat gəliri əldə edib. Qurumun əməliyyatlarının maya dəyəri isə illik müqayisədə 36,2% çox– 22,219 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə BSM-in aktivləri 56,33 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,5% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 70,9% artaraq 299 min manata çatıb, balans kapitalı isə 10,7% azalaraq 56.03 milyon manata düşüb.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    May 2021    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31