Яндекс.Метрика
  • RUB 0.023
  • TRY 0.2063
  • USD 1.7000
  • EUR 2.0681

Dövlət Xidməti "Alimpaşa Məmmədovun oğlunun zavodu" barədə açıqlama yaydı

İnfrastruktur / Top 03-May, 15:27
Son günlər bəzi kütləvi informasiya vasitələrində Şəmkir Balıq Zavodunun özəlləşdirildiyi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, zavodu Dövlət Xidməti 2018-ci ildən hərrac qaydasında özəlləşdirməyə çıxarsa da, onun dövlətsizləşdirilməsi baş tutmayıb.
Şəmkir rayonunun Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən müəssisə mayın 25-də keçiriləcək hərraca çıxarılacaq. Müəssisə və hərracda iştirak şərtləri barədə Dövlət Xidmətinin internet səhifəsinə (https://bit.ly/3e5nW2r) və yaxud Özəlləşdirmə Portalına (https://bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar.
Xatırladaq ki, Şəmkir Balıq Zavodunun Şəmkir Rayon İcra Hakimiyyətinin bu günlərdə həbs edilmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə məxsus olması iddia edilir.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    May 2021    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31