Яндекс.Метрика
  • RUB 0.023
  • TRY 0.2063
  • USD 1.7000
  • EUR 2.0681

Prezident Mübariz Əsgərova vəzifə verdi

Teatr-kino / Top 29-Apr, 17:14
Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.
"NewsCafe"nin xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, M.Əsgərov 1962-ci il yanvarın 20-də Ucarda anadan olub.
O, Moskva Dövlət Universitetinın Jurnalistika (Radio Televiziya) fakültəsini fəxri (qırmızı) diplomla bitirib. 2015-ci ildə Əməkdar jurnalist adına layiq görülüb.
M.Əsgərov 1992-1998-ci illərdə AzTV-də və 1998-ci ildən ANS TV-də lahiyə rəhbəri vəzifəsində çalışıb. "Qulp" satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV ARB TV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olub. Bir neçə sənədli filmin müəllifidir. "Qulp Studio" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. "Obyektiv Milli Dəyərlərin təbliğinə dəstək" İctimai Birliyinin sədridir.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    April 2021    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
2627282930