• Bakı
    4.12 m/s
  • 1.7000
  • 1.8352
  • 0.0236
  • 0.0903
  • 2.0504

Baloğlan Əşrəfov vəfat edib

Ölüm | Sosial 27 aprel 2021
0
Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov dünyasını dəyişib.
Newscafe”nin məlumatına görə, B.Əşrəfov bir müddət əvvəl yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və öz evində müalicə alırdı.
Məluçata görə, mərhumun ailə üzvləri, sənət dostları onun evinin qarşısına toplanıb.
Baloğlan Əşrəfov Masallı rayonunun Bədəlan kəndində dəfn ediləcək.
Qeyd edək ki, Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.
1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.
1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.
İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edib. Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib.
2007-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.




@Report.az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930