Яндекс.Метрика
  • RUB 0.023
  • TRY 0.2063
  • USD 1.7000
  • EUR 2.0681

Mariya Stadnik Avropa çempionatında yarımfinala yüksəldi

Fərdi / Slide 21-Apr, 15:30
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşadan paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
"NewsCafe"nin "Report"a istinadən verdiyi məlumata görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb.
Stadnik Rusiya təmsilçisi Yekaterina Poleşçuku məğlub edərək yarımfinala adlayıb.
68-da yarışan Elis Manolova 1/8 finalda Tindra Syöberqdən (İsveç) güclü olub, lakin növbəti raundda Nesrin Bas (Türkiyə) ilə dueldən məğlub ayrılıb.
Səbirə Əliyeva (76 kq) isə 1/4 finalda Epp Maeeyə (Estoniya) uduzub.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    April 2021    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
2627282930