Яндекс.Метрика
  • RUB 0.0223
  • TRY 0.1255
  • USD 1.7000
  • EUR 1.9413

Güclü külək bir sıra rayonlarda elektrik enerjisi verilişində fasilələrə səbəb olub - FOTO

Ekologiya / Top 06-Apr, 13:11
Güclü külək Azərbaycanın bir sıra regionlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.
"NewsCafe"nin "Azərişıq" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölkənin Şimal rayonlarında əsən güclü külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilə yaranıb.
Dərhal hadisə yerinə gələn "Azərişıq" ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmir-bərpa işləri davam etdirilir.


Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    April 2021    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
2627282930