
“NewsCafe” xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında öz əksini tapıb.
Qeyd olunub ki, 2018-ci ildə bağlanmış satınalma müqaviləsində heyvanların alınması üzrə nəzərdə tutulmuş şərtlərə tam əməl edilməyib, alınacaq heyvanların say tərkibi dəyişdirilsə də, alış qiymətləri saxlanılıb:
"Agentlik tərəfindən xırdabuynuzlu heyvanların satın alınması üçün təchizatçı ilə bağlanılmış müqavilələrdə, qiymət protokollarında və müvafiq biznes-planlarda nəzərdə tutulmuş şərtlərə tam əməl edilməyərək bəzi hallarda yüksək məhsuldarlıqlı heyvanlar satın alınmayıb, 2018-ci ildə vətəndaşlara bir çox hallarda ətlik danalar və toğluların verilməsi son nəticədə vətəndaşların özünüməşğulluğunun nəzərdə tutulduğu səviyyədə təmin olunmamasına şərait yaradıb, 2018-ci ildə alındığı rəsmiləşdirilib, lakin vətəndaşlara paylanılmamış 1400 baş toğlunun qalıq qismində qalması, yaxud əvəzləşdirilməsinə dair Agentliklə icraçı müəssisə arasında müvafiq rəsmiləşdirmə aparılmayıb".
@Report.Az