
İqtisadiyyat Nazirliyindən “NewsCafe”yə verilən məlumata görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.
Bu prosesin davamı olaraq, ötən gün nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Xalq Partiyasına ofis sahəsi təqdim edib.