Яндекс.Метрика
  • RUB 0.0222
  • TRY 0.2117
  • USD 1.7000
  • EUR 2.0331

DÇ-2022: Türkiyə yığması qalib gəldi, Portuqaliya qələbəni əldən verdi

Futbol / Top 28-Mar, 09:06
Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində II turun ilk oyun gününə yekun vurulub.
"NewsCafe"nin məlumatına görə, son 4 qarşılaşmadan 2-si Azərbaycan millisinin yer aldığı A qrupuna təsadüf edib. Serbiya yığması Portuqaliya ilə görüşdə əzmkar heç-heçəyə nail olub.
Uzatma dəqiqələrində Nikola Milenkoviç qırmızı vərəqə alaraq, Serbiya millisini azlıqda qoyub. Beləliklə, o, martın 30-da Bakıda Azərbaycan millisi ilə görüşdə iştirak etməyəcək.
Daha bir maraqlı məqam Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunun final fiti ərəfəsində təmiz qolunun hesaba alınmaması olub.
İrlandiya isə öz meydanında gözlənilmədən Lüksemburqa uduzub.
E qrupunda Çexiya Belçika ilə görüşdən 1:1, H qrupunda isə Slovakiya Malta ilə qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
DÇ-2022, seçmə mərhələ
II tur
27 mart

A qrupu
23:45. Serbiya - Portuqaliya - 2:2
Qollar: Aleksandar Mitroviç, 46. Filip Kostiç, 60 - Dioqu Jota, 11; 36
Qırmızı vərəqə: Nikola Milenkoviç, 90+2 (Serbiya)
23:45. İrlandiya - Lüksemburq - 0:1
Qol: Gerson Rodriges, 85
Xal durumu: Serbiya - 4, Portuqaliya - 4, Lüksemburq - 3 (1), İrlandiya - 0, Azərbaycan - 0 (1)
E qrupu
21:00. Belarus - Estoniya - 4:2
Qollar: Vitali Lisakoviç, 45 (pen.); 83. Yuri Kendış, 64. Pavel Savitski, 81 - Henri Anier, 31; 55
Qırmızı vərəqə: Karl Oyqus, 77 (Estoniya)
23:45. Çexiya - Belçika - 1:1
Qollar: Lukaş Provod, 50 - Romelu Lukaku, 60
Xal durumu: Çexiya - 4, Belçika - 4, Belarus - 3 (1), Uels - 0 (1), Estoniya - 0
G qrupu
18:00. Monteneqro - Cəbəllütariq - 4:1
Qollar: Fatos Beçiray, 26. Marko Simiç, 43. Jarko Tomaşeviç, 53. Stevan Yovetiç, 80 - Ris Stayx, 30 (pen.)
21:00. Norveç - Türkiyə - 0:3
Qollar: Ozan Tufan, 4; 59. Çağlar Söyüncü, 28
Qırmızı vərəqə: Kristian Torstvedt, 80 (Norveç)
21:00. Niderland - Latviya - 2:0
Qollar: Stiven Berqyoys, 32. Lük de Yonq, 69
Xal durumu: Türkiyə - 6, Monteneqro - 6, Niderland - 3, Norveç - 3, Latviya - 0, Cəbəllütariq - 0
H qrupu
18:00. Rusiya - Sloveniya - 2:1

Qollar: Artyom Dzyuba, 26, 35 - Yosip İliçiç, 36
21:00. Xorvatiya - Kipr - 1:0
Qol: Mario Pasaliç, 40
23:45. Slovakiya - Malta - 2:2
Qollar: David Strelets, 49. Milan Şkrinyar, 53 - Lük Qembin, 16. Aleksander Satariano, 20
Xal durumu: Rusiya - 6, Sloveniya - 3, Xorvatiya - 3, Slovakiya - 2, Kipr - 1, Malta - 1.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    March 2021    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031