Яндекс.Метрика
  • RUB 0.0222
  • TRY 0.2117
  • USD 1.7000
  • EUR 2.0331

Gömrük Komitəsinin keçmiş şöbə rəisi hökmdən narazıdır

Məhkəmə / Top 27-Mar, 09:22
Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışmış Ceyhun Babayev barəsindəki hökmdən apellyasiya şikayəti verib.
NewsCafe”nin xəbərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrlik etdiyi cinayət kollegiyası baxacaq.
İlkin baxış iclası aprelin 1-nə təyin edilib.
Qeyd edək ki, C.Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, o həmçinin 2 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.
C.Babayev Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. O, daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə məxsus malların tranzit gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində MMC-lərin səlahiyyətli nümayəndələrindən müxtəlif məbləğdə pulu rüşvət kimi almaqda ittiham edilib.
C.Babayevə Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) maddəsi ilə ittiham verilib.
@Report.Az
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    March 2021    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031