Яндекс.Метрика
  • RUB 0.0222
  • TRY 0.2117
  • USD 1.7000
  • EUR 2.0331

Azərbaycanda adam öldürən şəxsə 1 il 6 ay həbs cəzası verilib

Məhkəmə / Slide 26-Mar, 10:05
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Aftandil Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
NewsCafe” "Report"a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, A.Sultanova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə irəli sürülmüş ittiham dəyişdirilərək, Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
A.Sultanova 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib.
İttihama görə, Tovuz rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Mehdiyev həmyerlisi, 1984-cü il təvəllüdlü Aftandil Sultanov tərəfindən bıçaqlanaraq öldürüb.
Belə ki, Elnur Mehdiyev Aftandil Sultanovun yaşadığı Abulbəyli kəndindəki evinin həyətində olan mağazaya oğurluğa girib. Kamera vasitəsilə onu görən Avtandil mağazaya gələrkən giriş qapısında Elnur Mehdiyevlə rastlaşıb, əlbəyaxa dava düşüb. Dava zamanı Aftandil Sultanov əlindəki bıçaqla Elnur Mehdiyevə bir zərbə vurub. Elnur Mehdiyev onun əlindən çıxıb qaçsa da, aldığı xəsarətdən hadisə yerindən bir qədər aralıda, Tovuz şəhərinin Əhməd Cavad küçəsindən keçən istifadəsiz su arxının içində ölüb.
Aftandil Sultanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmişdi.
Oxşar xəbərlər
reload, if the code cannot be seen



Sosial Şəbəkələr
Təqvim
«    March 2021    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031